Cəmiyyət

Şəhidlərə qarşı tərbiyəsizlik edən ərəblərə hansı cəza veriləcək? – AÇIQLAMA

“Ərəb turistlərin bu şəkildə davranışı Azərbayca Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin təsir dairəsinə düşür. 510-cu maddə xırda xuliqanlıq maddəsidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.

O, bildirib ki, həmin maddənin sanksiyasına əsasən, özgənin əmlakına şəxslərin üzərində hər hansı bir zorakılıq olmadan, ictimai qaydanı pozmaqla müşahidə olunan davranışlar 50 manatdan 100 manatadək məbləğdə inzibati qaydada cərimə nəzərdə tutulub:

“Ərəb turistlər tərəfindən, Şəhidlər Xiyabanında şəhidlərin qəbirüstü abidələrinə qarşı xoş olmayan davranışları cəmiyyətdə kifayət qədər sərt reaksiyanın formalaşmasına səbəb olub. Çoxsayılı suallara əsasən, bildirmək istəyirəm ki, ərəb turistlərin bu şəkildə davranışı Azərbayca Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin təsir dairəsinə düşür. 510-cu maddə xırda xuliqanlıq maddəsidir. Həmin maddənin sanksiyasına əsasən, özgənin əmlakına şəxslərin üzərində hər hansı bir zorakılıq olmadan, ictimai qaydanı pozmaqla müşahidə olunan davranışlar 50 manatdan 100 manatadək məbləğdə inzibati qaydada cərimə nəzərdə tutulub”.

Vəkil qeyd edib ki, nəzərdə tutulan maddənin sanksiyasını eyni zamanda 15 günədək inzibati qaydada həbs də mümkündür:

“Nəzərə alsaq ki, bu hərəkəti 3 ərəb turist həyata keçirib, nəzərdə tutulan maddənin sanksiyasını eyni zamanda 15 günədək inzibati qaydada həbs də mümkündür. Bildirmək istəyirəm ki, həmin maddədə nəzərdə tutulmadığı hallarda belə, məhkəmə şəxslərin inzibati qaydada məsuliyyəti çəkdikdən sonra, ölkədən deport olunması ilə barədə əlavə qərar verilə bilər”.

Related Articles

Bir cavab yazın

Back to top button