Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasını dəyişib.
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, şəhidin oğlu Murad Əkbərzadə ürək çatışmazlığından vəfat edib.
"Ata-bala qovuşdular. Allah rəhmət eləsin", - E.İslamoğlu bildirib.
Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.