644a7c8730126202304234543
Şəhidin nişanlısı onun qardaşı ilə evlənir - "Burada nə qəbahət var ki?"

Bu gün sosial şəbəkələrdə, bir çox "instagram" və "Tik-tok" səhifələrində şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün şəhidin atası Arif Mustafayevlə əlaqə saxladıq. 
Qlobal.net
bildirir ki, azxəbər-ə danışan şəhid atası məlumatın doğru olduğunu bildirib: "Bəli yayılan məlumatlar doğrudur. Burada qəbahət nə var ki? 
O, sosial şəbəkədə bu hadisəni tənqid edənlərə də cavab verib: "Videonu qəpik-quruş qazanmaq istəyənlər yayıb". 
Qeyd edək ki, Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub.

27.04.2023 17:45
show 2784