01.10.2021
19:22
173

Şəhid qardaşların ailəsində FACİƏ: 1 yaşlı qızı öldü

Loading...

Vətən Müharibəsi şəhidi Musa Həsənovun kiçik qızı İnci vəfat edib.

Bu barədə Lent.az-a şəhidin anası Nəhayət Həsənova məlumat verib. O bildirib ki, İnci 1 yaş 3 aylıq olanda dünyasını dəyişib:

"Doğulanda problemli olmuşdu. Başında körpücük sümüyü birləşməmişdi, ancaq müalicəsi tədricən gedirdi. Sonra iki oğlum şəhid oldu, 2 ay onları axtardım. Bununla da İncinin müalicəsi dayandı. Sonra türkiyədəki həkimə sənədləri göndərdim. Dedi ki, artıq gecdir. Həm də onun gözü görmürdü və başqa problemləri də var idi. Həkimlər deyirdi ki, yaşasa da 2 yaşadək yaşayacaq. İki oğlumdan sonra nəvəmi də itirdim".

N.Həsənova qeyd edib ki, iki oğlu eyni gündə - sentyabrın 21-də cəbhəyə yollanıblar:

"İncinin atası Musa sentyabrın 29-u şəhid olmuşdu. Amma noyabrın 5-i onu gətirdilər. Böyük oğlum Tural isə ötən ilin bu günü şəhid olmuşdu. Dekabrın 9-da da onu gətirdilər. İkisi də neytralda qalmışdı. İki oğul Turalın, iki qız Musanın idi. İnci öləndən sonra Musanın bir qızı qaldı. İndi bizim təsəllimiz onlardır".

Şəhid qardaşların ailəsində FACİƏ: 1 yaşlı qızı öldüŞəhid qardaşların ailəsində FACİƏ: 1 yaşlı qızı öldüŞəhid qardaşların ailəsində FACİƏ: 1 yaşlı qızı öldü


Loading...