Dünya
Şəhid olan hərbçilərinin ailələrinə belə xəbər verildi – Ürək sızladan görüntülər

Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayan “C-130” tipli hərbi yük təyyarəsində şəhid olan 20 türk hərbçisinin kimliyi müəyyənləşib.
Qlobal.net xəbər verir ki, Türkiyə mediası artıq uçuş heyətinin siyahısını yayıb.
Türkiyə mediası şəhid ailələrinə xəbər verilən anları da yayıb. Paylaşılan videolardan birində hərbi nümayəndələrdən biri göz yaşları içində ailəyə müraciət edir.
Hazırda şəhidlərin nəşlərinin Türkiyəyə gətirilməsi prosesi davam edir. Hadisə ilə bağlı istintaqın nəticələri yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub. (milli.az)



