Tarix

Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı?

General-mayor Məhəmməd Əsədov – Bu ad  tarixə müstəqil Azərbaycanın ilk Daxili İşlər naziri və şəhid Dövlət Müşaviri kimi düşüb.

Qlobal.net xatırladır ki, o, Qarabağa dəfələrlə səfərlər edərək erməni hücumlarının qarşısını almaq üçün ilk milis dəstələrini yaratmışdı.

O, hara gedirdisə, yanınca mühafizəçi aparmazdı… Vertolyot qəzasından bir neçə gün əvvəl Məhəmməd Əsədov Ermənistanın daxili işlər naziri ilə görüşə də tək getmişdi. Qazax rayonunda maşından enən erməni nazir M.Əsədovu mühafizəçisiz görəndə heyrətdən karıxıb qaldı. O, görüşə böyük mühafizə dəstəsi ilə gəlmişdi. Qarşısında qürurla duran azərbaycanlı generalın isə yanında təkcə köməkçiləri dayanmışdı… Həmin görüşdə M.Əsədov erməni naziri təkcə məğrurluğu ilə deyil, tutarlı sübutları, qanuni işləri ilə də məhv etmişdi.
Qarakənd terrorunun qurbanlarından biri General-mayor Məhəmməd Əsədovun şərəfli ömür yolu və başına gələnlər haqda ətraflı videoda tanış olun:

Murad Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button