Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Baş leytenant Şahlar Nəzərovun atası Yaşar Nəzərov dünyasını dəyişib.
Qlobal.net "Unikal"-a istinadla xəbər verir ki, dörd aydır səhhətində problemlər yaşayan Yaşar Nəzərov Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, Yardımlı rayonu, Peştəsər kənd sakini olan Şahlar Nəzərov 2017-ci ildə fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində ermənilərin Fizuli - Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən ağır yaralanıb, fevralın 27-də şəhadətə qovuşub.