Cəmiyyət

Şəhid anasının ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏRİ – VİDEO

Şəhid Emin Məmmədovun ansının sosial şəbəkələrdə yayılan görüntüləri hər birimizin ürəyini sızladıb.

Qlobal.net xəbər verir ki, ana şəhid oğlunun qanlı hərbi geyimindən onun ətrini aldığını, hər gecə bu geyimə sarılaraq yatdığını deyib.

Emin Məmmədov 1992-ci il avqustun 15-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunin Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Məmmədov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Emin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Görüntüləri təqdim edirik:

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Qeribe melumatlar! (@qeribe_melumatlar)

Related Articles

Leave a Reply

Back to top button