03.04.2021
19:42
465

Şəhid anasının intiharı ilə bağlı TƏFƏRRÜAT: “Oğlu şəhid olandan sonra…”-VİDEO

Loading...

Xəbər verildiyi kimi, Yevlaxda şəhid anası intihar edib. Aprel ayının 2-də rayonun Marzılı kənd sakini, Paşayeva Gülnaz Mirhəmzə qızı yaşadığı evin həyətində özünü asıb.

O, şəhid Əvəz Paşayevin anasıdır.

Cebhe.info-nun əldə etdiyi məlumata görə, o, oğlu şəhid olduqdan sonra özünə gələ bilməyib. Daim oğlunu xatırlayır, hətta öz-özünə danışırmış. Qohumların verdiyi məlumata görə, hətta onun bu vəziyyətdə çox dözə bilməyəcəyi, vəfat edəcəyi də danışılırmış:

“Övladlarını çox çətinliklə böyütmüşdü, kasıb ailə idilər. Bir qız və bir oğlu vardı. Oğlu şəhid olanda 1 yaşı tamam olmamış övladı vardı və xanımı da hamilə idi. Uşağın başında kista var, dövlət hesabına müalicə olunur, deyirlər ki, getdikcə yaxşılaşır. Ana oğlunun ölümünə dözə bilmirdi, hər gün oğlu ilə danışırdı, öz-özünə və ancaq onunla söhbət edirdi”.

Xatırladaq ki, intihar edən Gülnaz Paşayevanın bacısının baldızı oğlu da Vətən müharibəsində şəhid olub.


Loading...