Səhərlər qəhvə içmək lazımdır, yoxsa çay?

Səhərlər qəhvə içmək lazımdır, yoxsa çay?

Qəhvə və çay, şübhəsiz ki, dünyada ən çox istehlak edilən içkilərdən biridir.

Qlobal.net bildirir ki, bəzi insanlar səhərlər çay içməyə üstünlük verərkən, bəziləri səhər qəhvəsiz oyana bilmir.


Səhər saatlarında sağlamlığımız və fitnesimiz üçün hansı daha yaxşı seçim olar, çay və ya qəhvə? Qəhvə bu yarışda bir addım öndə görünür…

1.Qəhvə sizə idman etdirə bilər.
Səhər enerjili olmağı və idman etməyi sevirsinizsə, qəhvə sizin üçün doğru seçim olacaq. Qəhvənin çaydan daha çox kofein ehtiva etdiyini nəzərə alsaq, qəhvə fiziki performansınızı yaxşılaşdıra və məşq yorğunluğunu azalda bilər.

2.Qəhvə arıqlamağa kömək edir.
Qəhvə istehlakı xüsusilə kişilərdə yağ yandırmağa kömək edir. Heyvanlar üzərində aparılan araşdırmalar qəhvənin yağ yandırdığını sübut edib. Başqa bir araşdırma göstərir ki, xlorogen turşusu bədən çəkisini azaltmaq üçün güclü bir maddədir. Bu səbəbdən daha incə bir görünüşə sahib olmaq istəyənlər qəhvədən istifadə etməlidir. Təbii ki, sadə və şəkərsiz olması şərti ilə.

3.Qəhvə diabet riskini azaldır.
Gündə 3 stəkan qəhvə istehlakı diabet əlamətlərini 42 faiz azaldır. Həm də tip 2 diabetin inkişaf riskini azaldır.

4.Qəhvə yorğunluq hissini azaldır.
Çay kofein və L-theanine olan bir içkidir. Kofein beynimizdəki adenozin reseptorları ilə qarşılıqlı əlaqədə olduğu üçün rahatlamağınıza kömək edəcək və bu yorğunluq hissini azaldır. Üstəlik, qəhvənin qəbulundan 15 dəqiqə sonra dərhal təsir göstərdiyini nəzərə alsaq, ani enerji verən yeganə içki olduğunu söyləmək səhv olmaz.

Səbinə
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button