67e3902ed8eda202503252710

Şəhərin mərkəzində iki gəncin etdikləri müzakirə yaratdı - ANBAAN VİDEO

İngiltərənin Newbury şəhərində bu ayın əvvəlində baş verən maraqlı, eyni zamanda təəssüf doğuran hadisə ictimaiyyətin və medianın diqqətini çəkib.

Qlobal.net xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə, iki 22 yaşlı gəncin Britaniyada yaşayan uşaqların sevimli obrazı olan “Paddinqlton ayısı”nın heykəlini oturacaqdan qoparıb oğurladığı anlar açıq şəkildə əks olunub.

Hadisə ictimai skamyanın üzərində yerləşən dekorativ heykəllə bağlı baş verib.

Məhkəmə qərarına əsasən, həmin şəxslər “ictimai əmlaka qəsd və maddi ziyan yetirmə” maddəsi ilə təqsirli biliniblər və müvafiq cəza alıblar. Onların adları açıqlanmasa da, sosial şəbəkələrdə yayılan video geniş rezonans doğurub.

Qeyd edək ki, Paddinqlton ayısı – Britaniyada çox məşhur olan uşaq kitabı və film qəhrəmanıdır. Londonun müxtəlif yerlərində bu simvola aid bəzək və heykəllər mövcuddur və xüsusilə uşaqlar arasında sevgi ilə qarşılanır.

Hadisə Britaniya ictimaiyyətində narahatlıqla qarşılanıb və bəzi sakinlər bu cür simvolik fiqurların daha ciddi şəkildə qorunmasını tələb ediblər.

Qlobal.net dünyada məşhur olan həmin görüntüləri təqdim edir. (musavat.com)

26.03.2025 09:32
show 520