Qlobal.net xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən
Nigar Qafarovaya (ad-soyad şərtidir) 3 il 6 ay müddətinə azadlıqdan
məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti təyin
edilməklə şərti hesab edilib.
Hadisənin baş verməsinə gəlincə, Nigar Gəncədə yerləşən “Lukoil”da
xadimə işləyib. O, hadisədən bir müddət əvvəl həyat yoldaşından ayrılıb
və övladının biri onunla qalıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nigar Qafarova
ifadəsində bildirib ki, işdən evə və azyaşlı uşağını baxçadan iş yerinə
gətirən zaman çox vaxt Gəncə-Daşkəsən avtomobil yolunun kənarına çıxaraq
təsadüfən həmin istiqamətə gedən tanımadığı avtomobillərə əl edib,
həmin avtomobillərdən saxlayan olanda maşına minib uşağını bağçadan
götürüb yaşadığı evə gedib. 2021-ci ilin dekabrın 4-də işə getmək üçün
“Mercedes” markalı avtomobilə əl edərək onu iş yerinə aparmasını xahiş
edib.
Yolda özünü hərbçi kimi təqdim edən Vüsal Məmmədov (soyad şərtidir) qadına nömrəsini verərək hər gün bu yolu gedib-gəldiyini bildirib və lazım olsa, onu apara biləcəyini deyib.
Vüsal bu zaman Nigara bacı deyə müraciət edib. Ancaq günorta
saatlarında Vüsal Nigara zəng edərək ona əxalqsız təkliflər edib və onu
otelə çağırıb. Vüsal evli olsa da, özünü boşanmış kimi təqdim edib.
Vüsalın ona əxlaqsız təkliflər etməyindən təsirlənən qadın, ondan
qisas almaq niyyətinə düşüb. Vüsalın otelə getməklə bağlı təklifinə “hə”
deyən Nigar onu orada bıçaqlamağı düşünüb.
Bunun üçün Nigar evdən bıçaq götürərək çantasına qoyub və Vüsalı
görüşə çağırıb. Bu zaman Nigar fikrini dəyişərək ona əxalqsız təkliflər
edən şəxsi “Lukoil” YDM-də bıçaqlamaq qərarına gəlib. O, bu səbəbdən
uşağın sənədlərinin iş yerində qaldığını deyib. “Lukoil”a çatan zaman
Nigar əvvəlcə Vüsalın sağ bədən nahiyyəsindən iki, daha sonra isə sağ
bud nahiyyəsindən 4-5 bıçaq zərbəsi vurub. Bu zaman Vüsal maşından
düşərək qaçıb. Nigar isə əsəbini maşına zərər vurmaqla soyutmağa
çalışıb.
Nigar hadisədən sonra oğlunu bağçaya qoyub, daha sonra iş yerinə
gələrək təmizlik işləri aparıb. Bundan sonra Gəncə şəhər Nizami
rayon polis bölməsinə gedərək tanımadığı bir nəfəri şəxsi ona əxlaqsız
təkliflər etdiyi üçün bıçaqla vurduğunu bildirib.
Qeyd edək ki, N saylı hərbi hospitalda stomatoloq vəzifəsində işləyən Vüsal Məmmədov məhkəmədə Nigarın iddialarını yalanlayıb. (Qafqazinfo)