Bir çox insan günə isti çay, yaxud isti kofe ilə başlayır. Bu içkilər səhər insana enerji verir. Lakin isti çay, kofenin əvəzinə səhər acqarına isti su içsəniz necə? Bəli düz eşitdiniz. Bir stəkan isti suyun səhər acqarına içələn zaman bədəninizdə yaratdığı təsirləri eşidəndə çox təəcüblənəcəksiniz. Diqqətiniz bizdə olsun.
Dəyərli izləyicilər, bu kimi videoların davamı üçün videomuzu
bəyənib, şərh yazıb, kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz
bizim üçün önəmlidir.
İsti su içmək nəzəriyyəsi Çində yaranıb. İn və yan fəlsəfəsinə əsasən,
soyuq su içmək orqanizmdəki balansını pozur. Suyun temperaturu
orqanizmin temperaturu ilə eyni olmalıdır. Təxminən, 37 dərəcə.
Bu nəzəriyyəyə əsaslansaq, ümumiyyətlə, soyuq su içmək məsləhət deyil.
Çünki soyuq su mədədə böyrəklərin enerjisi hesabına isidilir. Başqa
sözlə, siz böyrəklərin enerjisini boşuna sərf etmiş olursunuz.
Orqanizmin sağlamlığı üçün, yaxşı olar ki, isti su içəsiniz.
İsti su mədədə dəyişikliyə uğramadan, birbaşa bağırsağa çatır. Axı onu
həzm eləməyə və isitməyə gərək yoxdur. Mümkün qədər isti suyu acqarına
için ki, yemək və həzm fermentləri ilə qarışmasın. Kisel, kompot və
digər isti içkilərin həzmində tərkibindəki mürəkkəb komponentlərin
parçalanması üçün müəyyən fermentlər lazım olur, amma isti su rahatca
həzm olunur. İsti su orqanizmi yormur və qana tez sorulur.
İsti su metabolizmanı sürətləndirir; Səhər acqarına içilən bir stəkan
suyun maddələr mübadiləsini sürətləndirdiyi elmə çoxdan məlumdur. Bu,
hələ soyuq suya aiddir. İsti su sürəti iki dəfə artırır. İsti suya
limon, yaxud zəncəfil qatsanız, nəticə daha ürəkaçan olar. Limonlu,
yaxud zəncəfilli su orqanizmdəki toksinlərin xaric edilməsinə də kömək
edir.
Həzmi asanlaşdırır; İsti su həzmsizliklə və qəbizliklə mübarizə aparır.
Həmçinin, bağırsaqları toksinlərdən təmizləyir, həzm fermentlərinin
istehsalını stimullaşdırır. Soyuq sudan fərqli olaraq, isti su yağ
lipidlərini əridir və onların orqanizmdən xaric edilməsini
asanlaşdırır. Mədə-bağırsaq sisteminin işini asanlaşdırması isti suyu
üçün yeməkdən əvvəl də, sonra da içmək olar.
Bağırsaqların fəaliyyətini normallaşdırır; Yetəri qədər maye olmayanda
bağırsaqlarda şişkinlik və ya qəbizlik yaranır. Belə hallarda da mədədə
ağrılar olur. Mütəmadi olaraq, gün ərzində minimum 2 litr su içmək
lazımdır. Ən yaxşısı isə isti su içməkdir.
Toksinləri orqanizmdən xaric edir; Bağırsağın köməyilə orqanizmdəki
zərərli maddələrin xaric edilməsinə səbəb olur. İsti su qaraciyərin və
böyrəklərin də fəaliyyətini yaxşılaşdırır. Toksinləri sidik vasitəsilə
orqanizmdən atır.
İsti su içmək nəzəriyyəsi Çində yaranıb. İn və yan fəlsəfəsinə əsasən,
soyuq su içmək orqanizmdəki balansını pozur. Suyun temperaturu
orqanizmin temperaturu ilə eyni olmalıdır. Təxminən, 37 dərəcə.
Sidik yollarının soyuqlaması zamanı bol miqdarda maye qəbul etmək lazımdır. Maye zərərli bakteriyaların orqanizmdən xaric edilməsinə kömək edir. Xüsusilə də, isti suya limon və çuğundur qatanda suda turşu mühiti çoxalır, beləcə, bu qarışıq infeksiyanın törədicilərini yox edir.
Ağrıları yox edir; İsti su daxili orqanların əzələlərini sakitləşdirir, spazmları aradan qaldırır. Qadınlardakı aybaşı ağrıları isti suyun qəbulundan az sonra yox olur. Uşaqlığın əzələlərinin sıxılması ilə yaranan qarın ağrıları və damarların sıxılması ilə yaranan baş ağrılarının aradan qaldırılmasına kömək edir.