Şəfiqə Nağıyeva ilə Anar Vəziroğlu bu səbəbdən dava edib - VİDEO
Dünən Xəzər TV-də yayımlanan "Təsir dairəsi” verilişində qalmaqal baş verib.
Qlobal.net xəbər verir ki, verilişdə ekspert qismində əyləşən Anar
Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.
Anar Vəziroğlu "Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə
Nağıyevanın üstünə su atıb. Sözügedən hadisədən sonra ekspert proqramdan
uzaqlaşdırılıb.
Qeyd edək ki, Anar Vəziroğlu vəkil Şəfiqə Nağıyevaya qarşı bu
hörmətsizliyi veriliş zamanı efirə verilən videodan sonra edib. Ceyhunə
adlı qadınla bağlı videonun efirə verilməsindən sonra A.Vəziroğlu zünə
nəzarəti itirərək vəkilə qarşı hörmətsizlik edib.
Ətraflı videoda izləyə bilərsiniz: