Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü: Çox sayda yaralı var - ADLAR
Daşkəsəndə xəsarətlə nəticələnən yol qəzası olub.
Qlobal.net "Unikal"a
istinadla xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun
rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan
"Mercedes Sprinter" markalı mikroavtobusla "Hyundai" markalı minik
maşını toqquşub. Qəza zamanı 10-dan çox insan
xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtbusda
olanlar qızıl mədəninin işçiləridir. Hadisə yerinə DYP əməkdaşları cəlb
olunub. Qeyd edək ki, "Hyundai" markalı avtomobil
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən
rayon bölməsinin rəisinə məxsusdur. **
Daşkəsəndə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
Xəsarət alanların adları aşağıdakı kimidir:
1967-ci il təvəllüdlü F. Allahverdiyev,
1993-cü il təvəllüdlü S. Məmmədov,
1989-cu il təvəllüdlü S. Kazımov,
1983-cü il təvəllüldü N. Qurbanov,
1985-ci il təvəllüdlü R. Verdiyev,
1985-cu il təvəllüldü A. Məmmədov,
1974-cü il təvəllüdlü V. Əliyev,
1991-ci il təvəllüdlü E. Vəliyev,
1987-ci il təvvəllüdlü R. Əhmədov,
1980-ci il təvəllüdlü K. Nipalıyeva,
1992-ci il təvəllüdlü E. Səddərzadə,
1970-ci il təvəllüdlü A. Səfərov
2011-ci il təvəllüdlü X. İsmayılova,
1966-cı il təvəllüdlü T. Pirqurban.
Qeyd edək ki, "Mercedes Spirnter"də olanlar qızıl mədənin
işçiləri olub. Minik maşını isə Daşkəsən rayon Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsinə məxsusdur.
DİN-in Gəncə regional qrupundan bildirilib ki, Daşkəsən rayon
Bayan kəndi ərazisində "Sprinter" markalı mikroavtobus və "Toyota"
markalı avtomobil toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.