Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub.
Kiçik araşdırm nəticəsində məlum olub ki, Səfər Mehdiyev hələ
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sonradan isə sədr
vəzifəsində çalışarkən Balkan yarımadası və Alp dağları ətəklərindəki
kurort ərazilərdə onlarla daşınmaz əmlak biznesinə milyonlarla sərmayə
yatırıb.
Həmin
illərdə Səfər Mehdiyev xüsusilə Avstriya, Sloveniya və Xorvatiyanın
turizm bölgələrində otellər və istirahət mərkəzləri satın alıb.
Qlobal.net demokrat.az-a istinadən Səfər Mehdiyevin 2018-2019-cu
illərdə Avropa ölkələrində aldığı əmlakların bir neçəsinin adlarını
oxuculara təqdim edir:
Avstriyada göl kənarında "Feriendorf 1, 9181 Feistritz im
Rosental" ünvanında yerləşən "Euro Parcs Rosental" adlı istirahət
mərkəzi;
Sloveniyada "Triglavska cesta 17, Bohinjska Bistrica, 4264 Bohinj" ünvanında yerləşən dörd ulduzlu "Bohinj Eco Hotel" adlı otel.
Səfər Mehdiyev yuxarıda adları qeyd olunan otellərə 2018-2019-cu illərdə sahib olub.
Sabiq komitə rəisinin "Euro Parcs Rosental" otelini 8 milyon
avroya, "Bohinj Eco Hotel" otelini isə 12 milyon avroya aldığı deyilir.
Səfər Mehdiyevin Avropada aldığı əmlakları təkcə Avstriya və
Sloveniya ilə bitmir, onun İtaliya və Xorvatiyada da daşınmaz əmlaklara
sahib olduğu barədə araşdırmalar aparırıq. Bununla bağlı növbəti
materialımızda oxuculara məlumat veriləcək.
Məsələ ilə bağlı Səfər Mehdiyev saytın sorğusunu cavabsız qoyub.