64deffe84ffd6202308232144
Səfər ayı barədə bilmədiyimiz FAKTLAR

Hicri təqvimi ilə Məhərrəm ayından sonra ikinci ay olan Səfər ayı dünəndən başlayıb. İslam mədəniyyətində bəzi insanlar, xüsusən də ənənəvi və ya folklor inanclarına əsaslanaraq Səfər ayının uğursuz və ya təhlükəli bir vaxt olduğuna inansalar da, bu aya digər aylardan fərqli münasibət göstərilmir.

Qlobal.net lent.az-a istinadən bildirir ki, Səfər ayının uğursuz və ya təhlükəli bir dövr olduğuna inanılsa da, Hz. Peyğəmbər bu fikri rədd edib. Çünki islam dinində xüsusi "Səfər namazı" və ya bir dua yoxdur. Səfər ayının bəxtsiz olduğu və bu ayda bir çox bəlaların baş verməsi kimi fikirlər xurafatdır. Bu ayın digər aylardan heç bir fərqi yoxdur.

Qeyd edək ki, Səfər ayı hicri təqvimi ilə avqustun 17-də başlayıb, sentyabrın 15-də başa çatacaq.

18.08.2023 09:20
show 435