Şəfa mənbəyi olan dəmirhindi

Şəfa mənbəyi olan dəmirhindi

Dəmirhindi nədir?

Gündəlik mətbəximizdə tez-tez rastlamadığımız adlardan biri olan dəmirhindi bu dəfə qonağımızdır.

Qlobal.net bildirir ki, adını bir dəfə eşidənlərin belə maraqlandığı, faydalarını öyrənənlərin isə dərhal sınamaq istədiyi bu bitki haqqında daha ətraflı danışaq.

Dəmirhindi, əsasən Hind xurması kimi tanınır. Əsasən Həbəşistan mənşəli olan bu bitki Hindistan və Misir başda olmaqla dünyanın bir çox bölgəsində yetişdirilir. Keçibuynuzuna bənzəyən meyvələri bitkinin adını daşıyır və bu meyvələri sayəsində tanınmışlığı sürətlə artır.

Dəmirhindi meyvəsinin tərkibində A, B1, B2, B3, B5, B6 və C vitaminləri ilə yanaşı kalium, kalsium, pektin, dəmir, natrium, maqnezium və fosfor kimi minerallar da var. Bu zəngin tərkib onu son dərəcə faydalı bir qida halına gətirir.

Dəmirhindi harada tapılır?

Dəmirhindi meyvəsi ümumiyyətlə qurudularaq istifadə edilir. Bütün halda qurudulmuş dəmirhindini və ya toz halında üyüdülmüş formasını etibarlı ədviyyat dükanlarından əldə edə bilərsiniz.

Dəmirhindinin faydaları nələrdir?

  • Güclü antioksidant təsiri sayəsində bədəni soyuqdəymə, qrip və digər xəstəliklərə qarşı qoruyur.

  • Ürək və damar sağlamlığını dəstəkləyir.

  • Dəmlənərək qarqara kimi istifadə edildikdə boğaz ağrılarını azaldır.

  • Təbiətən ağrıkəsici təsiri olduğundan oynaq ağrılarına faydalıdır.

  • Arıqlamağa kömək edə bildiyi deyilir.

  • Həzm sistemini dəstəkləyir, qəbizliyi aradan qaldırmağa kömək edir.

  • Göz, öd kisəsi və bağırsaq sağlamlığına da müsbət təsirləri olduğu bildirilir.

Dəmirhindi necə istifadə edilir?

Dəmirhindinin maraqlı görünüşü onu necə istifadə etməli olduğumuzla bağlı suallar yarada bilər. Qısaca desək:

  • Reçel, marmelad və sousların hazırlanmasında geniş istifadə olunur.

  • Çorbalara və digər yeməklərə ədviyyat kimi əlavə edilə bilər.

  • Dəmirhindidən hazırlanan Osmanlı şərbəti də məşhurdur.

Dəmirhindinin zərərləri və yan təsirləri varmı?

Faydaları qədər diqqət yetirilməsi lazım olan bəzi zərərləri və yan təsirləri də mövcuddur:

  • Həddindən artıq istifadə edildikdə qaraciyər, böyrəklər, ağciyərlər və digər orqanlara zərər verə bilər.

  • Dəriyə xarici tətbiq edildikdə qızartı, qaşınma və qıcıqlanma yarada bilər.

  • Nəzarətsiz və həddindən artıq istifadə hallarında ciddi fəsadlar, hətta ölüm riski ola bilər.

  • Hamilə və əmizdirən qadınların istifadəsi tövsiyə edilmir.

  • Xroniki xəstəlikləri olanlar, daimi dərman istifadə edənlər, xüsusi pəhriz saxlayanlar, uşaqlar və bu tip məhsullara qarşı allergiyası olanlar istifadə etməməlidirlər.

  • Tərkibində güclü təsirli maddələr olduğundan istifadə etməzdən əvvəl həkim məsləhəti almaq vacibdir.

    Fidan
    Qlobal.net


17.04.2025 10:47
show 56