Xoş qoxusu və faydaları ilə darçın hər zaman mətbəxdə saxladığımız ən möcüzəli
ədviyyatlardan biridir.
Qlobal.net bildirir ki, darçın 18-ci əsrdə Avropasında yüksək iqtisadi dəyəri ilə zənginlik
simvoluna çevrilmişdi.
Bəs darçının faydaları nələrdir?
1. İmmuniteti gücləndirir:
Antioksidantlar bədəndən zərərli maddələrin atılmasını asanlaşdırır. Darçındakı
antioksidantlar sayəsində daha güclü və möhkəm bədənə sahib olmağımıza kömək
edir.
2. İnfeksiyalar ilə savaşır: Havalar
soyuduqca hər kəsin qarşılaşdığı soyuqdəymə, qrip, öskürək və ya tənəffüs yolu
infeksiyası kimi xəstəliklərə qarşı faydalıdır və müalicəvi xüsusiyyətləri ilə
yanaşı, bədənin müqavimətini artıraraq xəstəliklərdən qorunmağa dəstək verir.
3. Diabetlə mübarizəni dəstəkləyir: Qan dövranı
üçün faydalı olan darçın insulinə həssaslığı artırır. Xüsusilə 2-ci diabet xəstələri
üçün tövsiyə olunan ədviyyatdır.
4. Neyrodegenerativ pozğunluqların riskini azaldır: Darçın
qoxusunun rahatlaşdırıcı təsiri depressiya və sinirlərə yaxşı gəlir. Xüsusilə
stressin yaratdığı depressiyaya qarşı təsirlidir və kəskin qoxusu ilə zehni
gücləndirən təbii qaynaqdır. Dövrün ən ciddi xəstəliklərindən biri olan
Alzheimer xəstəliyi ilə zədələnmiş beyin hüceyrələrini bərpa etdiyi də sübut
edilmişdir.
5. Ana südünü artırır: Bəzi araşdırmalar göstərib
ki, əmizdirən anaların darçın ədviyyatı istehlak etdikdə süd istehsalı artır.
Darçın dərinin elastikliyini artıra biləcəyi üçün hamiləlik dövründə kilo
alması səbəbiylə meydana gələ biləcək uzanma izlərinə qarşı tədbir olaraq da
istehlak edilə bilər.
6. Arıqlamağa kömək edir: Xüsusilə
müntəzəm olaraq istehlak edildikdə, darçınlı çay yağların əriməsinə kömək edir
və xolesterini aşağı salır.
7. Ağız Və diş sağlamlığını qoruyur:
Antibakterial xüsusiyyəti ilə diş çürüməsini ləngidən qida maddəsi diş ətində və
dişlərdə əmələ gələn bakteriyaları təmizləyir. Xüsusilə ağız yuyucusu kimi
istifadə edildikdə diş və ağız sağlamlığını yaxşılaşdırmağa kömək edir.
8. Bağırsaqları rahatladır: Ənənəvi təbabətdə
bağırsaq problemlərinə qarşı istifadə edilən ən təsirli qidalardan biri olan
darçın bağırsaqlarda və mədədə şişkinlik və qaz problemlərinə qarşı istifadə
edilən təbii bir həlldir. Məlumdur ki, su ilə qarışdırılıb çay kimi içildikdə
bağırsaq xəstəliklərini aradan qaldırmaqla yanaşı, həzm sistemini də tənzimləyir.
9. Dəriyə yaxşı təsir edir: Darçın
arıqlamaqla yanaşı dəri ləkələrinə də yaxşı gəldiyi üçün qadınların istifadə edə
biləcəyi unikal ədviyyatlardan biridir. Xüsusilə bal ilə hazırlanan darçın maskası
dərini təravətləndirir və dəri gözəlliyinə təbii toxunuş verir.
10. Xərçəng riskini azaldır: Xüsusilə xərçənglə
bağlı dərman ədviyyatının profilaktik xüsusiyyətlərinə diqqət yetirilir. Darçın
nitrozaminlə əlaqəli bağırsaq xərçənginə qarşı profilaktikdir.
Səbinə
Qlobal.net