6411818b10748202303232755

“Sədərəy”ə işə gedirmiş - Bakıda dünənki dəhşətli qəzanın TƏFƏRRÜATI + VİDEO

Dünən səhər saatlarında Yasamalda - Bakı dairəvi avtomobil yolunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Qlobal.net xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən “KİA” markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobildə olan sürücü 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlu və sərnişini Özbəkistan vətəndaşı Maqerramova Sabina Dilovar qızı iş yoldaşı olublar. Onlar səhər saatlarında işlədikləri “Sədərək” ticarət mərkəzinə birgə yola düşüblər. Lakin dairəvi yolda N.Seyidov avtomobili çox sürətlə idarə edərək təhlükəli manevrlər edib. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı metal arakəsmələrə çırpılaraq aşıb. 

N.Seyidov hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün sağ qalsa da, S.Maqerramovanın kəməri taxmaması onun ölümünə səbəb olub. O, zərbənin təsirindən avtomobilin ön şüşəsinə çırpılaraq maşından çıxıb və yolun hərəkət hissəsinə düşərək ölüb. 

Bildirilir ki, qəzada vəfat edən Özbəkistan vətəndaşı xeyli vaxt imiş Azərbaycanda yaşayırmış. Burada ailə quran S.Maqerramovanın 2 azyaşlı övladı qalıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

15.03.2023 12:25
show 475