682ad6861660b202505255814

Səddam Hüseynin vurulduğu sarışın gözəlçə - Onun üçün geri qayıtdı, qız yalvarsa da...

Yazıçı Diana Dükretin bestseller olmuş “Diktatorların qadınları” adlı kitablar seriyasında çox maraqlı məsələlər əks olunub.

Qlobal.net bildirir ki,kitabda Səddam Hüseyn, Kim Çen İr, Mussolini, Hitler, Çauşevski kimi məşhurların qadınları və gizli sevgililəri haqda maraqlı məlumatlar yer alıb.
İraq Lideri Səddam Hüseyn haqda olan hissədən bəzi məlumatları təqdim edirik:

Səddam Hüseyn 1969-cu ildə 16 yaşlı Parisula Lampsos adlı sarışın bir qızla tanış olub. Qızın mavi gözlərinə ilk görüşdən vurulan diktator “Heç vaxt belə gözəl gözlər görməmişəm”, - deyə sevgisini bildirib.

Parisulanın atası onların münasibəti haqqında eşidən kimi qızını Livana göndərib. Səddam Hüseyn üçün geri qayıdan Parisula bu addımının əziyyətini çox çəkib. Sonralar ancaq “sərbəstlik istəyirəm” deyə çırpınan Parisulanın yalvarışları cavabsız qalıb.

4 arvadlı Səddam Hüseynin şəxsi həkimi onun birinci xanımı Sacidə Təlfəhlə bağlı maraqlı bir əhvalat da danışıb. Bir gün Sacidənin xallarından birini əməliyyat etməyə hazırlaşan həkim həmin yeri keyləşdirməyi unudub. Əməliyyata başlayanda bunu anlayan həkim “Sizi yaman ağrıdacaqdım”,- deyib. Qadın özünü itirmədən “Səddama 20 ildən çox dözən insan heç nə hiss etməz” deyə cavab verib. Amma qəribədir ki, hər 4 arvadı onun çox əliaçıq olduğunu və hər istədiklərini etdiyini deyirmiş.

Fidan
Qlobal.net
19.05.2025 11:00
show 19