İstanbulda məşhurların sələmçisi kimi tanınan Örfi Bilgin saxlanılıb. Aparılan araşdırmalar zamanı Seda Sayanın adı da sələmçilik cinayətinə qarışanlar arasında yer alıb.
Qlobal.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində, “məşhurların sələmçisi” kimi tanınan Örfi Bilginin Seda Sayan üçün də sənəd hazırladığı bildirilib.
Kadir A. adlı şəxsin şikayəti əsasında Şişlidə sələmçilik etdiyi irəli sürülən Ziyadin Bilgi haqqında istintaq aparılıb və onun sələmçilik və ağır hədə-qorxu cinayətlərini törətdiyi ilə bağlı dəlillər əldə edildikdən sonra saxlanılıb.
İlkin araşdırılması zamanı Ziyadin Bilginin sələm qarşılığında borc verdiyi bir çox zərərçəkmiş şəxslərin olduğu siyahı müəyyən edilib.
İki zərərçəkmiş şəxs ifadələrində Ziyadin Bilginin Örfi Bilginin qardaşı olduğunu, birlikdə sələmçilik etdiklərini və 2009-2014-cü illər arasında hər ikisindən faiz qarşılığında borc alıb ödədiklərini bildiriblər.
İmzalanmamış bir müqavilədə Seda Sayanın 7.5 milyon TL borc aldığı, ödənişlərin 2.5 milyonunun rəsmi, 5 milyonunun isə qeyri-rəsmi şəkildə veriləcəyi qeyd edilib.
Əl yazısı ilə hazırlanmış müqavilə alınmış borcun 2023-cü ildən başlayaraq 4 il müddətinə əlavə 50 faiz ödənilmək şərtilə tərəflər arasında imzalanıb.
İfadələri alınan dörd şübhəli şəxs həbs olunmaq tələbi ilə məhkəməyə göndərilib.
Qlobal.net