Türkiyədə prezident seçkilərinin qalibi ikinci turda məlum olacaq.
Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib. Onun sözlərinə görə, səslərin sayılmasından sonra heç bir namizəd 50 faizlik səddi keçə bilmədiyi üçün ikinci tur keçiriləcək. İkinci turda ilk turda 49,5 faiz toplayan Rəcəb Tayyib Ərdoğan və 44, 89 faiz səs toplayan Kamal Kılıçdaroğlu mübarizə aparacaq.Qeyd edək ki, ikinci tur 28 mayda baş tutacaq.