Səbuhi Xanlarov "Daqqılı"ıya görə həbs edilib
Bloger
Səbuhi Xanlarov "Daqqılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərovun
şərəf və ləyaqətinin alçaldılmasına görə həbs edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1980-ci ildə Abşeron
rayonu, Xırdalan şəhərində anadan olmuş, subay, ali təhsilli Səbuhi
Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi
ilə ittiham olunaraq, fevral ayının 27-də 23:30 radələrində
saxlanılaraq məhkəmənin qərarı ilə həbs olunub.
Məhkəmə iclasında Səbuhi Xanlarov özünü İXM-in 510-cu maddəsi ilə
təqsirli bilərək izahatında göstərib ki, Ziliş Cəfərovla zarafatlaşarkən
digər dostu video çəkib və sonradan bu görüntülər onların məlumatı
olmadan sosial şəbəkədə paylaşılıb. Onun Zilişin şərəf və ləyaqətini
alçaltmaq kimi bir məqsədi olmayıb və barəsində daha yüngül tənbeh
tədbiri görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə, Səbuhi Xanlarov İXM-in 510 -cu maddəsində
nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində
15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Həbsetmənin əvvəli 27 fevral 2022-ci il saat 23:30-dan hesablanıb.
Həbsetmə ilə bağlı qərarın icrası DİN-in Baş İctimai Təhlükəsizlik
İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə
edilib.
Qeyd edək ki, 20.02.2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı
ilə "Daqqılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərova 15 sutka
inzibati həbs cəzası verilib.