Müğənni Şəbnəm Tovuzlu bu gün Almaniyada baş tutmalı olan konsertini təxirə salıb.
Qlobal.net xəbər verir ki, müğənni konsertin təxirə salınması ilə bağlı son 3 gündə iki fərqli məlumat yayıb.
Belə ki, dünən yayılan məlumata görə, bu haqda paylaşım edən sənətçi bunu təyyarə qəzasında dünyasını dəyişənlərə hörmət əlaməti olaraq etdiyini bildirib:
“İlk növbədə bu qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə səbr, yaralılara isə tez zamanda sağalmalarını arzu edirəm.
Yaşanan bu faciəvi hadisənin fonunda mən konsert verə bilməzdim. Özüm bu gün baş tutmalı olan konsertimi yanvar ayının 11-nə dəyişdim. Konsertin baş tutacağı məkanda biletlər tam satılıb. Bilet alan ailələr var, qrup halında gələn çoxsaylı insanlar var. Narahatdılar. Onları da anlayıram. Az pul ödəməyiblər. Demək istəyirəm ki, narahat olmayın. Həmin biletlərlə yanvar ayının 11-də baş tutacaq konsertimizə gələ bilərsiniz. Konsertimiz elə həmin məkanda baş tutacaq”.
Qlobal.net xəbər verir ki, dekabrın 27-də müğənninin yaydığı məlumatda qeyd olunub ki, vizasının vaxtı bitdiyi üçün hava limanından Almaniyaya uçmağa buraxmayıblar.
Mətbuatda yer alan məlumata görə, sənətçi turizm şirkətinin etdiyi yanlışlığa görə Almaniya konsertini təxirə salmalı olub.
Belə ki, müğənni gecə saatlarında Bakıdan Türkiyəyə, oradan isə Almaniyaya uçmalı imiş. Şəbnəm bildirib ki, "Sln-M travel" adlı turizm şirkəti onu aldadıb:
"Onların qeyri-peşəkarlığı ucbatından evə qayıdım. Vizamın vaxtı tez bitib. Onlar viza müraciəti zamanı tarixi səhv yazıblar. Həyatımda belə qeyri-peşəkar, işini bilməyən şirkət görməmişdim. Konsert üçün böyük qonorar almışdım. Bu şirkətin səriştəsizliyi bizi məyus etdi".
Elə isə müğənni niyə bu faciəli hadisə ilə özünü reklam edir?