Şəbnəm Tovuzlu yeni görüntüləri ilə gündəmə gəlib.
Qlobal.net xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında avtomobil idarə edərkən lentə alınan videosunu paylaşıb. Görüntülərdən müğənninin maşının təhlükəsizlik kəmərini istifadə etmədiyi məlum olub.
İfaçı avtomobili idarə edərkən polis maşının yaxınlığından keçib. Tovuzlu polis əməkdaşlarına da əhəmiyyət verməyib.
Beləliklə, Şəbnəm həm qayda pozub, həm də onu avtomobilində yanında əyləşən şəxsə çəkdirərək sosial şəbəkəsində paylaşıb. Sözügedən görüntülər sosial platformalarda yayılaraq izləyicilərin qəzəbinə səbəb olub. Onlar Tovuzlunu bu hərəkətinə görə tənqid edərək qınayıblar.