şəbnəm

Şəbnəm Tovuzlu Vəfanın adamını qaçırtdırıb - ŞOK İDDİA

Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında “Sən olan yer cənnətdir” mahnısı uğrunda qalmaqal daha da alovlanıb.

Vəfa Şərifova sosial media hesabında açıqlama verərək Şəbnəmi cinayətdə ittiham edib.

"İndiyə qədər haqlı olduğum halda susdum. Siz üzdə olan davanı görürsünüz, arxada nələrlə mübarizə aparıram bilmirsiniz. Bir neçə gün əvvəl Youtube səhifəmi işlədən Nadiri iş yerindən qolunu qatlayıb apardılar. Sanki böyük günah işləyib. Qanunsuz halda, tapşırıqla gəldilər apardılar. Səsimizi çıxartmadıq ki, tapşırıqla edilib, kimlərsə ortada yanmasın. Bu gün də mahnım Yotube səhifəsindən silinib və mənim işçim ortada yoxdur".

Bu sözləri müğənni Vəfa Şərifova Şəbnəm Tovuzlunun ünvanına deyib. Vəfa Şəbnəmin onun işçisini qaçırtmaqda ittiham edib: "Şəbnəm Tovuzlu, deyirsən ki, qayda, qanun var. Nadiri apartdıranda onu nəzərə almadın? Mahnım silinib, 1 saatdır Nadir yoxdur, bilmirsən bu dövlətin qanunu var? Nadirin harada olduğunu, Şəbnəm tərəfindən kimin apardığını bilirəm. Ad çəkmirəm, ağsaqqalınıza hörmət edirəm. Amma ad da çəkə bilərəm. Nə qədər gec deyil, Nadiri buraxın getsin evinə. 

Şəbnəm Tovuzlu, bu addımın heç düzgün olmadı. Bu dəfə səni mənim əlimdən Hikmət də qurtara bilməyəcək. Qanınızın arasına bu gün olan toyum girdi. Bilirsən, heç kimdən qorxum yoxdur. İstənilən adamın adını çəkib paylaşaram. Bütün faktları qoyacağam ortaya. Sənin maskan dəfələrlə cırılıb, indi də cırılacaq. Mahnı sənə görə silinsəydi, yazılardı şikayət gəldi. Mənim mahnım isə Youtube işlədənim tərəfindən məcburi sildirilib. Bu qanunsuzluğu hara qədər edəcəksiniz?".

Qeyd edək ki, "Sən olan yer cənnətdir" mahnısını müəllif hər iki müğənniyə sataraq problem yaradıb. (lent.az)


20.09.2024 11:44
show 348