şəbnəm
Şəbnəm Tovuzlu həbs oluna bilər

Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında qalmaqal getdikcə böyüyür. Bundan başqa V.Şərifova onun yutub kanalını idarə edən Nadir adlı şəxsin Ş.Tovuzlunun tapşırığı əsasında qaçırıldığını iddia edir.

Maraqlıdır, iddia öz əksini taparsa, Ş.Tovuzlunu hansı cəza gözləyir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, əgər doğrudan da Ş.Tovuzlunun sifarişi ilə belə bir əməl kiminsə tərəfindən törədilibsə, bu, artıq cinayət məcəlləsi ilə təşkilatçılıq hesab olunur. O deyib ki, bu əməl Cinayət Məcəlləsinin (CM) 181-ci maddəsi ilə quldurluq hesab olunur və həmin maddənin təsiri dairəsinə düşür:

“Cinayət Məcəlləsinin 181-ci maddəsi quldurluqdur. Bu da o deməkdir özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqındır. Əgər həqiqətən də belə bir hadisə bir qrup şəxs tərəfindən Vəfa Şərifovanın adamına qarşı törədilibsə, bu, CM-nin 181.2.1-ci maddəsi ilə tövsif olunacaq bir əməldir. Burada hər hansı bir silah və ya silah qismində əşyalardan istifadə olunarsa, artıq 181.2.5-ci maddənin təsir dairəsinə düşmüş olur. Bu əmələ görə, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin təsir dairəsinə düşdükdə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər”.

Hüquqşünasın sözlərinə görə, əgər şantaj və ya hədə-qorxu yolu ilə hansısa əmlakın ələ keçirilməsi motivi varsa, bu əməl CM-nin 182-ci maddəsinə uyğun tövsif olunacaq:

21.09.2024 23:13
show 133