"O vaxtlar nərmənazik idim. İndi efir bizi olduğumuzdan kök göstərir. Amma söz verirəm, özümü arıqladacam".
Qlobal.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Şəbnəm Tapdıq "Gündən-günə" proqramında deyib. Müğənni kişi fanatları ilə şəkil çəkdirmədiyini söyləyib:
"İnsanlardan qaçmıram, onları çox istəyirəm. Fanatlarımı alqışlayıram. Bir məkanda qəşəng bijuteriyalar var, getdim almağa. Dedilər, fanatların qapıda gözləyir. Bir polis yaxınlaşdı ki, burada nə baş verir? Dedilər, Şəbnəm xanımı gözləyirlər ki, şəkil çəkdirsinlər. Polislər dedi ki, bizimlə də şəkil çəkdirsin. Cavab verdim ki, gərək yanınızda xanım olsun. Çünki mən tək kişilərlə şəkil çəkdirmirəm. İki başqa uşağı qucaqladıq və çəkdirdik. - 00:08
Proqramın aparıcısı, Əməkdar artist Əkbər Əlizadə "Hələ də həssaslıqla yanaşırsınız? Əlini sallayıb şəkil çəkdirəcəkdi. Hamı sizi tanıyır" sözlərini deyib.
İfaçı isə ona "Mənim üçün təmiz ad hər şeydən üstündür. Birdən aparıb evdə göstərərlər, başqa söz deyərlər" cavabını verib.