66c468ac1e41b202408245804
"Səba" ASC bağlanıb? - Şirkət rəhbəri açıqladı (YENİLƏNDİ)
"Səba" Açıq Səhmdar Cəmiyyətinin (ASC) istehsalı və satışın dayandırması ilə bağlı yayılan məlumatlara qurumun rəhbəri münasibət bildirib.  
ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov Qaynarinfo-ya açıqlamasında məlumatda yanlışlıq olduğunu deyib.
"Səba" ASC bağlanmayıb və fəaliyyətini dayandırmayıb. ASC 100 faizlik təsisçisi olduğu yeni törəmə cəmiyyəti yaradıb. Quşçuluq fəaliyyətini həmin cəmiyyətə ötürüb. Hazırda "Səba" məhsullarının istehsalı həmin MMC tərəfindən həyata keçirilir", deyə Faiq Hüseynov bildirib. 
Bütün əməliyyatlar həmin şirkət tərəfindən həyata keçiriləcək. Burda hər hansı bağlanma və ya dayanmadan söhbət gedə bilməz. 
Faiq Hüseynov "Səba" ASC-nin işçilərinin fəaliyyəti və əmək haqları ilə bağlı da hər hansı bir narahatçılığın olmadığını deyib: 
"Əməkdaşlarımız yeni yaratdığımız şirkətin əməkdaşları kimi fəaliyyətlərini davam etdirirlər". 
Qeyd edək ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Səba" ASC istehsalı və satışı dayandırıb. Şirkətdən verilən açıqlamada istehsalın və satışın dayandırılması faktı təsdiqlənib. Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.
"Səba" ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.

***

"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Şirkətdən istehsalın və satışın dayandırılması faktı təsdiqlənib.

Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.

"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir.

Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.

20.08.2024 11:17
show 209