03.06.2021
11:39
77

Saxladığı pişiklər 70 yaşlı qadını yedi

Loading...
İspaniyanın Madrid şəhərində 70 yaşlı Klara İnes Tobon adlı qadın mənzilində vəfat etdikdən sonra pişikləri tərəfindən yeyilib.
 
Bu haqda ölkənin "El Mundo” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, azı 20 il tək yaşayan qadın bundan 4 ay əvvəl ölüb. Aylardır Tobonu görməyən qonşular mənzilindən pis qoxu yayılması səbəbilə polisə müraciət ediblər.

Mənzilə daxil olan polis əməkdaşları dəhşətli mənzərə ilə qarşılaşıblar. Qadının cəsədi evdə saxlanılan 5 pişik tərəfindən qismən yeyilib. 
Mənzildən kənara çıxmağı bacarmayan pişiklərin 3-ü bu müddət ərzində ölüblər. Polis əməkdaşları digər 2 pişiyi sağ və halsız halda taparaq onları heyvan sığınacağına təhvil veriblər.

Ölmüş pişiklər üzərində aparılan analiz nəticələri onların öz sahiblərinin əti ilə qidalandığını təsdiq edib.

1996-cı ildən bəri mənzilində tək yaşayan Klara İnes Tobon pişik saxlamaqla məşğul olub və özünə laqeydliklə müşahidə olunan diogenes sindromundan əziyyət çəkib.
Loading...