Site icon Qlobal

Sarayda qaynı tərəfindən öldürülən qadının səs yazısı yayıldı – ŞOK OLACAQSINIZ

0300fc9f6be3a0f494cadb2d0b110d07

Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi törədilib.

Qlobal.net bildirir ki, 1974-cü il təvəllüdlü Məlikova Əminə Murtuza qızı aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat edib. Onun qətlində 58 yaşlı qaynı Pərviz Məlikov şübhəli bilinərək saxlanılıb.

O da məlum olub ki, qətlə yetirilən qadın səhər saatlarında “Xəzər Xəbər”in vatsap qaynar xəttinə çəkiliş üçün müraciət edib.

O, qaynının aralarında mülk üstündə yaranan problemə görə evi dagıtdığını, şüşələri sındırıb-tökdüyünü əks etdirən videoları da göndərib.

Digər səs yazılarında isə qaynı Pərviz Məlikovla aralarında yaranan mülk mübahisəsinin uzun müddətdir davam etdiyini, təhdid edildiyini bildirib.

Çəkiliş qrupu Əminə Məlikovanın ünvanına çatanda isə qadının öldüyü xəbərini eşidib.Təhdid edildiyini deyən qadın öldürüldü

Exit mobile version