photo_34581311
07.06.2022
22:23
54

Sançes "Barselona"ya təklif olundu

"İnter"in hücumçusu Aleksis Sançes "Barselona"ya təklif olunub. 

Qol.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. Ancaq Kataloniya klubunun 33 yaşlı futbolçu ilə  yaşına görə maraqlanmadığı bildirilir.

"İnter"in xərcləri azaltmaq üçün yüksək maaşı olan Sançesi satmaq istədiyi vurğulanıb. Çilili oyunçunun klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Qeyd edək ki, Sançes bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 9 qol vurub və 5 qolun ötürməsini verib.