photo_28381234

Samux rayon polis şöbəsinin müavini vəzifəsindən azad edilib

Samux rayon polis şöbəsini müavini sərancama götürülüb.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini Musayev Fikrət Kamal oğlu sərancama götürülüb.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki Samux Rayon Polis Şöbəsinə ötən gün polkovnik-leytenantı Ramil Səfərəliyev rəis təyin olunub.

Xatırladaq ki, Ramil Səfərəliyev daha əvvəl Kəpəz Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsindən çalışıb.

16.02.2022 23:49
show 254