Samirdən Üzeyirin mahnılarını bəyənməyənlərə tutarlı cavab – Sevilirlər və gündəmdədirlər

Jurnalist Türkan Məmmədlinin “Çərçivədən kənar” layihəsinin qonağı olan müğənni Samir Piriyev həmkarı Üzeyir Mehdizadənin mahnılarını bəyənməyənlərə tutarlı cavab verib.
Qlobal.net xəbər verir ki, müğənni hələ sovet dövründə senzuranın olduğu zamanda bu janrda oxuyanların olduğunu vurğulayəb:
“Üzeyir də bizim xalqın övladıdır. Maşallah olsun, hər yerdə mahnıları səslənir. Özbəkistanda, Türkmənistanda, Türkiyədə onun mahnılarına qulaq asırlar. Mənim Türkiyədə gömrük işçisi, polis olan dostlarım vardı. Onlar deyirdi ki, abi, sizdə Üzeyir, Şəbnəm Tovuzlu var, onları çox sevirik. Kim qəbul etmir onları özü bilər. Fakt odur ki, onlar var, sevilirlər və gündəmdədirlər. Onların mahnılarını bəyənməyənlər özləri də bir iş görmür. Oturub bir ağacda min budağı sirkələyir. Oturmusuz, baltanı almısınız əlinizə. Olmaz axı belə. O da bizim xalqımızın balasıdır. Onun da tərzi odur. Həmişə bu janr olub. O vaxtın bu tərzdə oxuyanları, indi prestijni olublar. Sovet dövründə senzura vaxtı onları qoymurdular efirlərə. Amma onlardan bu gün Əməkdar, Xalq artistləri olanlar var.
Ətraflı videoda:
Посмотреть эту публикацию в Instagram