samir

Samir Şərifova yeni vəzifə verildi

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri dəyişib.

Qlobal.net xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Şuranın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov olacaq.

İndiyə qədər bu vəzifədə Əli Əhmədov idi.

23.01.2025 15:14
show 107