samir
Samir Bağırovdan İNANILMAZ DƏYİŞİM - FOTO

Müğənni Samir Bağırov uzun aradan sonra yenidən üzə çıxıb.

Qlobal.net bizim media-ya istinadən xəbər verir ki, sənətçinin yeni görünüşdə fotolarını aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında paylaşıb.
Hər zaman uzun saçlarla dolaşan Samir onları kəsdirərək sarıya boyadıb. Müğənni üzərinə topuğa qədər uzanan ağ leopard printli palto geyinib. Paltonun boyun və önündən ayaq hissəsinə qədər uzanan ağ xəzz detalı isə diqqət çəkib. 

Tədbirlərin birində Samir Bağırovla bir araya gəlib, onunla şəkil çəkdirən Hacı Nuran "Samir, hər zaman yanındayam" paylaşımına şərh yazıb.
Qeyd edək ki, S.Bağırov bir neçə ay əvvəl ayağında yaranmış problemlərə görə yerli klinikaların birində müalicə alıb.


05.12.2022 11:08
show 706