təcili

İcra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə həlak oldu

Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü həlak olub.

Qlobal.net "Report"a istinadən məlumat verir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri - 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüblər.

Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.

Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.

***

Salyan rayonunda ölümlə nəticələnən qəza baş verib.

Qlobal.net APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetməni itirməsi nəticəsində kanala aşıb.

İlkin məlumatlara görə, hadisə zamanı bir ailənin 4 üzvü ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.

Qlobal.net Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.

Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.

Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.


30.01.2025 09:00
show 1462