Son günlərdə dünyanın
bir neçə ölkəsində salmonellaya yoluxma halları artıb.
Qlobal.net ABŞ mətbuatına istinadən xəbər verir ki, salmonella əsasən bağırsaq traktında rast gəlinən bir qida mənşəli bakteriya formasıdır. O, heyvandan insana keçə biləcəyi kimi, insandan-insana da ötürülə bilər.
Mütəxəssislər xüsusilə düzgün bişirilməmiş toyuq əti, yumurta və süd məhsullarından ehtiyatlı olmağı tövsiyə edirlər. Yoluxma əsasən qida vasitəsilə baş verir və qarın ağrısı, ishal, yüksək hərarət kimi simptomlarla müşayiət olunur.
Səhiyyə
qurumları vətəndaşları gigiyena qaydalarına ciddi əməl etməyə çağırır.
Səbinə
Qlobal.net