Şakiradan Pikeyə sərt cavab: "Sənin axmaq dostların..."
Kolumbiyalı məşhur müğənni Şakira keçmiş əri Jerard Pikeyə mesajlarla dolu mahnı ifa edib.
Qlobal.net bildirir ki, Qremmi mükafatçısı Şakira möhtəşəm performansı ilə dünya üzrə pərəstişkarlarını valeh edərək "Las Mujeres Ya No Lloran" dünya turuna start verib. O, eyni zamanda məşhur mahnılarının yenilənmiş versiyalarını da səhnədə ifa edir.
Onun keçmiş həyat yoldaşı olan "Barselona" əfsanəsi Pikeylə qalmaqalı bitmək bilmir. Şakiraya xəyanət etdiyi deyilən Pike bu dəfə isə musiqli "mesaj" alıb. Belə ki, Şakira "Don't Bother" mahnısında "mükəmməl dostları var" sözlərini dəyişərək Pikenin sosial çevrəsinə işarə edərək belə oxuyub:
"Sənin axmaq dostlarını paylaşıram"
Bundan sonra isə əlavə edib:
"O, sənin üçün pulsuz işləyir, ağlını itirməsinə icazə vermə. O, səndən daha dəyərlidir, amma yenə də məndən üstün deyil".
Şakira Pikenin ona yaşatdığı xəyal qırıqlığını vurğulayaraq mahnısını belə davam etdirib:
"Sənin üçün sahib olduğum hər şeydən vaz keçdim və yalnız səninlə olmaq üçün sosialist bir ölkəyə köçdüm. Dırnaqlarımı dəlməsinlər deyə kəsdim. Arıqladım, yalnız sən qalasan deyə futbolu öyrəndim. Amma sən qalmadın və qalmaq fikrin də yoxdur".
Murad
Qlobal.net