xəstəxana
Sakinlər qorxu içində: Quduzlaşmış adam xəstəxanadan qaçdı - ANBAAN VİDEO

Türkiyənin Şanlıurfa şəhərində quduzluq diaqnozu qoyulan şəxs xəstəxanadan qaçıb.

30 yaşlı suriyalı xəstə sakinlərin təlaşına səbəb olub. O, kilidli bir otaqdan çıxaraq qaçıb və xəstəxanadakılardan birinin telefonunu da oğurlayıb.

Polis və tibbi personalın əməliyyatı nəticəsində həmin şəxs xəstəxanadan 10 kilometr məsafədə yerləşən bir tarlada tutulub.

Xəstənin digər şəxslərə təmas edib-etmədiyi araşdırılır. (metbuat.az)

19.08.2023 13:07
677