Şairlə müğənni arasında efirdə dava: "Cumur üstümə ki, sən kimsən, səni döyərəm"
"Özünü mədəni insan kimi kütləyə təqdim edən adam üstümə
şığıyıb, məni döymək istəyirdi. Deyirdi ki, səni əzərəm. Utanmır, belə
müğənni olar? İnsanı qudurdan nədir? Biri var ağılın ola, biri də var
pulun. Bunlarda ağıl söhbəti ola bilməz. Həddindən artıq pulun olması
onları belə qudurdub".
Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Anar Vəziroğlu müğənni
İbrahim Borçalı ilə arasında olan davadan danışarkən deyib.
Anar
Vəziroğlu deyib ki, efir əlbəyaxa yeri deyil, söz meydanıdır: "Qışqırıb-bağırmaqla olmur. Cumur üstümə ki, sən kimsən... 25
illik fəaliyyətini gözümüzə soxur. Daha demir ki, qarşında oturanın 60
yaşı var və 40 ildir bu sənətə xidmət edir. Mən ona dedim ki, bu oxumaq
deyil, ananı araya, məsxərəyə qoyursan. Ana müqəddəsdir, ya bunu həzin
de, ya da mərsiyyə de. O mahnı oxumaq deyildi, bir başa "zarımaq" idi.
Harada görünüb belə şey? Məclisə gedib, adı çıxıb, heç kəsin onun
oxumağından xəbəri yoxdur. Onun şairliyini kim bilirdi? Oxumağı
cəhənnəmə, bunun şairliyi də varmış. Şeiri kütlə deyil, xalq üçün
yazırlar. Bu qədər qüsuru olan şeir görməmişdim. Mən filologiya üzrə
fəlsəfə doktoruyam, şeirə irad bildirə bilərəm. Camaatın içində üstümə
cumur, hədə-qorxu gəlir. Deyir ki, axşam görəcəksən səninlə necə
danışacağam. Bu hələ inkişaf etməyib, əyalətdən kənara çıxa bilməyib,
kənd təfəkküründədir".
Anar Vəziroğlu bildirib ki, bəzi adamlar pullarına güvənir:
"O elə bilir ki, insanı əzməklə, hədə-qorxu gəlməklə ishal etmək
olur. Hələ bilmir isim, sifət nədir. Bunlar bicliyə öyrənib. Musiqiyə
bəstəkar, sözə şair, oxumağa da müğənni lazımdır. Onlar hamısını pul
xərcləməmək üçün özləri yazır, hərşeyşünas olublar. Mən olmasam da kimsə
bunu sənə deyəcəkdi. Bir balaca xalqa hörmətin olsun".
Qeyd deək ki, müğənni İbrahim Borçalı ilə jurnalist-şair Anar
Vəziroğlu arasında qalmaqal yaşanıb. Anar Vəziroğlu müğənniyə mahnıda
vəhdətin olmadığını bildirib. Onun iradına isə İbrahim Borçalı
əsəbiləşərək belə cavab verib:
"Sənin fikrin mənə lazım deyil. İxtiyarın yoxdur mənimlə belə
danışmağa. Bəsdir, sən səhv ünvana düşmüsən. Bir az özünə gəl. Söz və
musiqi mənə aiddir. 24 ildir ki, sənətdəyəm və mən bu verilişə
gəlməmişəm ki, mahnıma kimsə söz desin".