ARB TV-nin efirində yayımlanan “Elgizlə izlə” verilişinə ekspert kimi dəvət olunduqdan sonra məşhurlaşan şairə İlhamə Elşadqızı yenidən tənqid hədəfinə çevrilib.
Qlobal.net xəbər verir ki, buna səbəb şairənin "TikTok" platformasında etdiyi qeyri-adi hərəkətlər olub. Sosial şəbəkələrdə qeyri-adi rəqsləri, hərəkətləri, açıqlamaları ilə gündəm olan şairə qatıldığı şouda qışqıraraq rəqs edib.
Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!
"Motorum dağılmayıb, təkərim partlamayıb, benzinim qurtarmayıb, mən varam! İlhamə yekdir! Dünyanı fəth edən şair mənəm" - deyən Elşadqızı müzakirə yaradıb.
Qısa zaman ərzində sosial şəbəkələrdə paylaşılaraq trend olan görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti onun davranışlarının gənclərə pis örnək, milli mentalitetdən kənar olduğunu qeyd ediblər. (yenisabah.az)