Ramazan ayı gələndə oruc tutan hər kəsin qidası dəyişir. Bədən sağlamlığını
qorumaq üçün sahur və iftarda sağlam qidalar seçmək lazımdır.
Qlobal.net bildirir ki, oruc tutarkən bədəniniz uzun saatlar susuz qala bilər və gün ərzində
susuzluğun qarşısını almaq üçün sahurda bəzi qidalardan dəstək almaq lazımdır.
Hansı qidalar sizi gün boyu susatmayacaq?
1)Bol yaşıllıq və tərəvəz:
Ramazanda susuzluğu azaltmaq üçün sahur süfrənizə su tərkibi yüksək olan
çiy tərəvəzlər əlavə edin. Xiyar, kahı, pomidor və yerkökü orqanizmin su
ehtiyacını qarşılamağa kömək edir. Bu tərəvəzləri doğrayıb ədviyyatlarla zənginləşdirərək
sağlam və praktik bir seçim edə bilərsiniz.
2)Zeytun yağı ilə tərəvəzlər:
Zeytun yağı olan tərəvəzlər yüngül və asan həzm olunan qidalardır. Xüsusilə
zeytun yağında susuz qalmağınızın qarşısını alan sağlam yağlar var. Zeytun
yağında olan artishok və balqabaq kimi tərəvəzlər su balansını qorumağa kömək
edir.
3)Süd məhsulları:
Sahurda süd və süd məhsulları susuzluğun qarşısını almağa kömək edir.
Qatıq, kefir, süd və ayran su balansını qoruyur və həzmi dəstəkləyir. Az yağlı
süd və qatıq yüngül, kefir isə probiotik tərkibi ilə rahatlıq yaradan sağlam
seçimlərdir.
4)Çərəzlər:
Sahurda duzsuz qoz, badam və fındıq susuzluğun və aclığın qarşısını alır.
Sağlam yağlar, zülal və lif sayəsində enerji verir və uzun müddət toxluq hissi
yaradır. Duzlu qoz-fındıqdan qaçın, çünki duz susuzluğu artırır.
5)Kompot:
Şəkəri az olan, dadı təbii meyvə şirəsi kimi olan bu içkilər həm bədəninizin
su ehtiyacını ödəyir, həm də sahurda şirinliyinizi doyurur. Hazır meyvə şirələri
əvəzinə evdə təbii və qatqısız kompotlar hazırlamaq sağlamlığınız üçün çox daha
faydalı olacaq. Bundan əlavə, bu içkilər bədəninizi meyvələrin vitamin və
mineralları ilə qidalandırır.
Sahurda çox duzlu, yüksək kalorili qidalar qəbul etmək gün ərzində su
ehtiyacınızın artmasına səbəb ola bilər. Buna görə də, porsiya nəzarətinə həmişə
diqqət yetirmək və zülal, karbohidrat və yağ balansını qorumaq vacibdir.
Səbinə
Qlobal.net