64c1f1bc86b40202307232532
Şahruddinin biabırçı səhvi gündəm oldu - VİDEO

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Rakuv” – “Qarabağ” matçında Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev kobud səhvi ilə yadda qalıb. 

Qlobal.net xəbər verir ki, bu, matçın 71-ci dəqiqəsində qeydə alınıb. 

Belə ki, Polşa klubunun futbolçusu Fabian Pyasetskinin o qədər də güclü olmayan zərbəsi Şahruddin Məhəmmədəliyevin qucağına gəlib. Lakin qapıçı bu topu tuta bilməyib və meydan sahibləri qola sevinib. 

Millimizin qapıçısının kobud səhvi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Həmin anın videosunu təqdim edirik:

27.07.2023 08:24
2338