photo_68461160
Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub

Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar məlum olub.

Yarımfinalda Vasif Durarbəyli  ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar 1:1 hesabı ilə bitdikdən sonra ilk rapid oyununda heç-heçə qeydə alınıb. İkinci rapid görüşündə qələbə qazanan Məhəmməd Muradlı adını finala yazdırıb. 

Sabah iki partiyadan ibarət finalda Məhəmməd Muradlı Misrətdin İsgəndərovla, üçüncü yer uğrunda görüşdə isə Aydın Süleymanlı Vasif Durarbəyli ilə qarşılaşacaq. 

Qeyd edək ki, 2019-cu ildə Məhəmməd Muradlı 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında çempionluq sevinci yaşayıb.


16.02.2022 23:55
181