“Şahin ağıllı-kamallı bala idi”.
Bu sözləri Baku TV-yə Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan azərbaycanlı tələbə Şahin Vəliyevin nənəsi Solmaz Kazımova deyib.
S.Kazımova bildirib ki, dağıntılardan əvvəl bir meyit çıxarılıb, amma boyu balaca olub: “Oğlum dedi ki, ana, bir meyit çıxıb, tanınmazdır, həm də boyu balacadır. Mənim Şahinimin boyu 1,9 metr idi. İkinci meyiti çıxaranda yenə zəng elədim, dedi ki, “ay ana, ürəyim sıxılır, Şahini çıxardılar”.
Ətraflı videonu təqdim edirik: