Şahin Bağırov 76 yaşlı generalı təqaüdə göndərdi
Dövlət Gömrük Xidmətinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi təqaüdə göndərilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədrinin
birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr
imzalayıb. Əmrə əsasən, xidmətin rəisi, gömrük xidməti general-mayoru
İsmayıl Ələkbərov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat
yoxdur.
Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə
Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük
Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris
Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi
vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük
Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.