6465d20a948d0202305232146
Sahil Babayev Xalq artistinin oğlunu işdən çıxardı - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tanınmış Xalq artistinin oğlunu işdən çıxarıb. 

Qlobal.net xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi(kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub. O açıqlamasında məlumatı təsdiq edib. 

"Elə şərait yaratdılar ki, mən də nazirin adına ərizə yazaraq işdən çıxdım. 16 ildir ki, nazirliyin müxtəlif strukturlarında bir sıra vəzifələrdə çalımışam." 

Qeyd edək ki, Babək Mahmudov Xalq artisti Əbdül Mahmudovun(Şeyx Əbdül)oğludur.(Manşet.az)


18.05.2023 11:21
show 806