toy
Şagirdinə aşiq olan bədən tərbiyəsi müəllimi elə bir şey etdi ki... - FOTO/VİDEO

Hindistanın Racastan şəhərində qeyri-adi sevgi hekayəsi baş verib. 

Bədən tərbiyəsi müəllimi Aarav Kuntal öz şagirdinə aşiq olub və evlənmək üçün cinsiyyətinin dəyişdirmə əməliyyatı keçirib.

Belə ki, Aarav Kuntal adlı bədən tərbiyəsi müəllimi əslində qadın olaraq doğulub və ailəsi tərəfindən Meera adını verib.

Orta məktəbdə Kalpana adlı qıza aşiq olan müəllim cinsini dəyişmək qərarına gəlib və adını Meera olaraq Aarav olaraq dəyişib.

Müəllim əməliyyat olunduqdan sonra cütlük ailələrinin razılığı ilə nikaha daxil olub.

Aarav  müsahibəsində cinsiyyıt dəyişdirməsi ilə bağlı belə açıqlama verib: “Mən həmişə cinsiyyət dəyişdirmə əməliyyatı olmağı arzu etmişəm. İlk əməliyyatımı 2019-cu ilin dekabrında etdim. Mənim üçün proses çox tez başladı”.

Onun həyat yoldaşı Kalpana isə onu əvvəldən sevdiyini bildirib: "Mən onu əvvəldən sevirdim. Bu əməliyyatı etməmiş olsa da, onunla evlənərdim. Əməliyyata onunla getdim".


15.11.2022 13:30
show 6447